Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 milyard 75,2 milyon manat olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,3 % çoxdur.
7 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 074,3 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 789 manatlıq və yaxud ötən ilin 7 ayına nisbətən nominal ifadədə 114 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.