• 21 °C
|

Belçikanın ticarət missiyasının Bakıya növbəti səfərinin tarixi müəyyənləşib

14 May 2025
img

Bu ilin sentyabr ayının ilk on günlüyündə Belçikanın ticarət missiyası Bakıya növbəti dəfə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının (“Belgazercom”) təsisçisi və sədri Stef Qoris palatanın Brüsseldə keçirilən biznes tədbirində bildirib.

Onun sözlərinə görə, missiya çərçivəsində Azərbaycan müəssisələrinə səfərlər, dövlət qurumlarının nümayəndələri ilə brifinqlər, həmçinin B2B formatında görüşlər planlaşdırılır. 

"Logistika, infrastruktur, bərpa olunan enerji, aqrobiznes, əczaçılıq, tullantıların emalı və digər sahələrdə olan bizneslər üçün bu, qlobal miqyasda sürətlə böyüyən bazarla tanışlıq imkanı ola bilər", – S.Qoris vurğulayıb.

Xatırladaq ki, “Belgazercom”un ticarət missiyasının Bakıya əvvəlki səfəri bu ilin fevral ayında baş tutub.