• 21 °C
|

Din Viet Hoa: Vyetnam Azərbaycana qəhvə, ədviyyat və kosmetik vasitələr tədarük etməyə hazırdır

13 May 2025
img

Vyetnam məhsulları Azərbaycan bazarına çıxış üçün böyük potensiala malikdir.

Bu barədə “Report”a müsahibəsində Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Din Viet Hoa bildirib.

O qeyd edib ki, Vyetnam kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyəti ilə tanınır və məhz bu seqment, onun fikrincə, Azərbaycana tədarük üçün prioritet istiqamət ola bilər:

"Vyetnam qəhvəsi isə xüsusi diqqətə layiqdir. O, dünyanın ən yaxşı qəhvələrindən biri kimi tanınır, əla dada malikdir və artıq bir çox ölkələrə ixrac olunur. İkincisi, ədviyyatlar bibər, çili və darçın kimi məhsullardır. Vyetnam darçını xüsusilə ətirli və yüksək keyfiyyətlidir: onun plantasiyaları təxminən 250 min hektar ərazini əhatə edir. Eyni zamanda, zəncəfil və düyü kimi tələb olunan məhsulların ixracı da mümkündür. Azərbaycanlı sahibkarlar isə bu təbii və keyfiyyətli məhsulların idxalı imkanlarını nəzərdən keçirə bilərlər".

Onun sözlərinə görə, Vyetnam otlar və müalicəvi bitkilərə əsaslanan təbii kosmetika məhsullarının geniş çeşidini istehsal edir: “Bu məhsullar təkcə gözəlliyi qorumağa kömək etmir, həm də sağlamlığa müsbət təsir göstərir. Düşünürəm ki, yerli əhalinin qulluq və estetikaya diqqət yetirdiyini nəzərə alsaq, bu Azərbaycan bazarı üçün maraqlı ola bilər”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.