• 24 °C
|

Özbəkistan Azərbaycan və Türkmənistanla təşəbbüslərin həyata keçirilməsi üçün “yol xəritəsi” hazırlamağı təklif edib

22 Avqust 2025
img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan və Azərbaycanla ticarət dövriyyəsinin genişləndirilməsi və sənaye əməkdaşlığının miqyasının artırılması üzrə təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsi üçün birgə fəaliyyətlərin “yol xəritəsi”nin hazırlanmasını təklif edib.

“Report”un Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

Bununla yanaşı, nazirlərin əsas istiqamətlər üzrə müntəzəm görüşləri mexanizminin işə salınması planlaşdırılır.

Məlumat yenilənir