“Report” İnformasiya Agentliyinin baş redaktorunun müavini, iqtisadiyyat şöbəsinin müdiri İlahə Məmmədli “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda keçirilən araşdırma müsabiqəsinin qalibi olub.
“Report” xəbər verir ki, bu gün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.
İlahə Məmmədlinin üç dildə dərc edilmiş, “Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu” adlı məqaləsi “Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu” istiqaməti üzrə birinci yerə layiq görülüb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda keçirilən araşdırma müsabiqəsinə70-dən çox material təqdim olunub.