• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 111

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 113

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 118
|

20 yaşlı tələbənin sizin köməyinizə ehtiyacı var

26 Mart 2025
img

20 yaşlı Rəvan Rasim oğlu Babayevin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Babayev Rasim məlumat verib.

O bildirib ki, övladı aplastik anemiyadan əziyyət çəkir:

"Oğlumun dişlərinin dibi qanayırdı. Analiz verdik. Məlum oldu ki, oğluma təcili ilik nəqli olmalıdır. Hazırda Türkiyədə "Florence Nightingale" xəstəxanasında müalicə alır. Günü 2000 dollardır. Bacısından analiz götürüldü. "Donor üçün uyğun deyil", – cavabını aldıq. Dünya Donor Bankına müraciət etmişik. Təxmini 4-5 aya cavab gələcək. Amma bu vaxta qədər oğlum müalicə almalıdır. Bizim bunun üçün maddi durumumuz çox zəifdir. Əlim çatan hər yerdən borc almışam. Nəyim vardısa, satmışam. Xalqımdan xahiş edirəm ki, bizə dəstək olsunlar. Bizə ilkin müalicə üçün 25 min dollar lazımdır. 13 günə artıq 42 min dollar xəstəxanaya ödəniş etmişik".

Qeyd edək ki, Rəvan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir.

Əlaqə nömrəsi: (050) 991-99-24.

"Kapital Bank": 4169 7388 8657 1417.