• 7 °C
|

Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb

22 Yanvar 2025
img

Ağdaşda yeddi yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynayarkən taxtadan düzəldilmiş nərdivan üstünə aşıb və azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.