• 24 °C
|

Ağsuda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

14 Yanvar 2025
img

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Oxu.Az xəbər verir ki, rayonun Qaraqoyunlu kəndində baş verən hadisə zamanı 11 yaşlı Dəniz Hacızadə, 7 yaşlı təvəllüdlü Yusif Hacızadə və 12 yaşlı Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.