• 6 °C
|

Aktyor Azər Baxşəliyevlə dəfn mərasimi keçirilir

5 Yanvar 2025
img

Vəfat etmiş aktyor Azər Baxşəliyevin nəşi Qurd Qapısı qəbirstanlığına gətirilir.

Oxu.Az xəbər verir ki, o burada torpağa tapşırılacaq.

Aktyor Azər Baxşəliyevlə dəfn mərasimi keçirilir

12:32

Vəfat etmiş aktyor Azər Baxşəliyevin nəşi Heydər məscidinə aparılıb.

Oxu.Az xəbər verir ki, cənazə namazından sonra mərhum aktyor Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək.

Aktyor Azər Baxşəliyevlə dəfn mərasimi keçirilir

11:28

Aktyor Azər Baxşəliyev vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə aktyor İlkin Həsəni sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.

Aktyor Azər Baxşəliyevlə dəfn mərasimi keçirilir

Aktyor Azər Baxşəliyevlə dəfn mərasimi keçirilir

10:15

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:

"Poliorqan çatışmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bununla bağlı olaraq, Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır", – məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

Əzizə İsmayılova