• 7 °C
|

“Ankara Məktəbi”ndəki sanitar qovşağın problemi həll edildi: Qapılar quraşdırıldı

27 Yanvar 2025
img

Bakıda "Ankara Məktəbi" məktəb-liseyinin sanitar qovşağı ilə bağlı məsələ həllini tapıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq məktəb-liseydən məlumat verilib.

Bildirilib ki, sanitar qovşağa yeni qapıların qoyulması təmin olunub.

Xatırladaq ki, bir müddət öncə"Ankara Məktəbi" məktəb-liseyində sanitar qovşağın qapısının olmaması ilə bağlı sosial şəbəkə platformalarında paylaşımlar edilib. Valideynlər övladlarının mövcud vəziyyətdən əziyyət çəkdiklərini bildiriblər.