• 4 °C
|

Avtomobilini geriyə hərəkət etdirərkən 71 yaşlı qadını vurub öldürdü

11 Yanvar 2025
img

Göyçay şəhərində BMW markalı avtomobilin sürücüsü Rəşad Fərzəliyev avtomobili geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub.

Oxu.Az xəbər verir ki, qadın aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.