Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir.
İdarədənOxu.Az-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola bilərlər.
Müsabiqə üzrə ümumi məlumat və qeydiyyat:
Vəzifə | Müsabiqə üzrə məlumat | Qeydiyyat |
Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı | Müsabiqə elanı | Qeydiyyat linki |
Ümumi təhsil müəssisələrində laborant | Müsabiqə elanı | Qeydiyyat linki |
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri | Müsabiqə elanı | Qeydiyyat linki |
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri | Müsabiqə elanı | Qeydiyyat linki |