• 7 °C
|

Bakıda nasaz avtomobil tıxaca səbəb oldu

6 Yanvar 2025
img

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yol polisi tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.