• 6 °C
|

Bakıda qadın hamamda qazdan boğulub öldü

11 Yanvar 2025
img

Bakıda qadın qazdan zəhərlənib.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

56 yaşlı Aytən Mirzəli qızı Qənbərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.