06 Fev 2025
"Orta məktəblərə direktor təyinatında namizədlərin sertifikasiya balı nəzərə alınacaq".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir, həmçinin bildirib ki, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda da namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi nəzərə alınacaq.
"Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər", – deyə nazir bildirib.
Aləmdə Nəsib