
Göyçayda mənzildə meyiti aşkarlanan qadının kimliyi məlum olub.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, cansız bədəni aşkarlanan qadın 1960-cı il təvəllüdlü Göyçay şəhər sakini Məhəbbət Əlihüseyn qızı Rəsulovadır.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
20:48
Göyçayda mənzildə meyit aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.