• 23 °C
|

Lökbatan – Qobu yolu iki aydır zülmət içindədir

13 Fevral 2025
img

Lökbatan – Qobu yolunda işıqlandırma dirəkləri olsa da, iki aydır axşam düşən kimi yol zülmətə qərq olur.

Oxu.Az xəbər verir ki, bununla bağlı sürücülərdən biri sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, yolu əhatə edən hər iki tərəf yaşayış sahəsidir və bəzi hissələrdə piyada keçidi yoxdur.

"İşıqlandırma olmadığı üçün axşam saatlarında qəza vəziyyətinin yaranma ehtimalı artır", – deyə sürücü qeyd edib.

Mövcud problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə kabel xəttində qəza baş verib:

"Bununla bağlı lazımi materialların alınması istiqamətində sifariş verilib. Yaxın günlərdə təmirə başlanılacaqdır".

Qaradağ Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-a deyilib ki, Lökbatan – Qobu yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinin işıqlandırılması ilə bağlı aidiyyəti üzrə təkliflər verilib və işlərin həyata keçirilməsinə cari ildə başlanılacaq.

Aləmdə Nəsib