• 26 °C
|

Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər bərpa olunub

16 Fevral 2025
img

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.

Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.

Məlumata görə, hazırda hər iki marşrut üzrə reyslər normal rejimdə həyata keçirilir.

"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", – məlumatda deyilir.

11:06

Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysində yubanmalar var.

Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti qeydə alınıb.

Bununla əlaqədar, bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmələr yaranıb.