08 Fev 2025
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Rəşid Murad oğlu Niyazlı və 1996-cı il təvəllüdlü Orxan Məmməd oğlu Abdulrəhmanlı xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.