• 4 °C
|

Qubada avtomobil QƏZASI: Ölən var

12 Yanvar 2025
img

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Taleh Malik oğlu Rüstəmov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.