• 7 °C
|

Sabunçuda avtomobil yolu keçən piyadanı vurub

5 Yanvar 2025
img

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Hüseyn Talıbovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.