• 27 °C
|

Sakinlərin kütləvi tərk etdikləri kənd: “İndi burada heç kim yoxdur”

18 Fevral 2025
img

İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib.

Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub.

Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.

Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib.

"İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", – deyə o söyləyib.

Daha ətraflı videomaterialda:

Sakinlərin kütləvi tərk etdikləri kənd: "İndi burada heç kim yoxdur"