• 7 °C
|

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb

11 Yanvar 2025
img

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Onun üzərindən və evindən 7 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.