• 23 °C
|

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

5 Yanvar 2025
img

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 6-da əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.