• 7 °C
|

Xətai rayonunda 23 yaşlı gənci avtomobil vurub

5 Yanvar 2025
img

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Kamran İsmayıl oğlu İbrahimovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.