• 22 °C
|

Xırdalanda yaşayış binasındakı yanğın söndürüldü

9 Fevral 2025
img

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qüvvələri binanın 10-cu mərtəbəsində qeydə alınan yanğının yayılmasının qarşısını alıblar.

13:12

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.