• 25 °C
|

Doğma yurduna qayıdan Kəngərli sakini dövlət başçısına təşəkkür edib

27 May 2025
img

Allah Prezidentimizə can sağlığı versin, belə gözəl günü bizə yaşatdı.

Bunu “Report”a Ağdam rayonunun Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Mehman Ağayev deyib.

O, şəhidlərə də rəhmət diləyib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qarabağa onların sayəsində qayıdırıq”.

M.Ağayev qeyd edib ki, məcburi köçkünlük həyatı başa çatıb: “1993-cü ilə məcburi köçkün düşmüşdük. İndi doğma yurdumuza qayıdırıq”.

Qeyd edək ki, Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 50 ailə – 207 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Beləliklə, bu gün baş tutan köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə (694 nəfər) köçürülüb.