30 Okt 2026

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan ailənin beş üzvü xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.