• 22 °C
|

Müharibə dövründə Azərbaycanın müdafiə arsenalına vurulmuş ziyanın məbləği bilinib

18 Fevral 2025
img

Müharibə dövründə Azərbaycanın müdafiə arsenalına vurulmuş ziyanın məbləği məlum olub.

APA xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.

Bildirilib ki, 1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçik çaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid, 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.