
Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.
APA xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib. Dəm qazı sızması nəticəsində Ordubad rayonuAşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.
Onun övladları – 2020-ci təvəllüdlüFatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.