03 Fev 2025
Fəlsəfə elmləri doktoru, ədəbiyyatşünas alim Niyazi Mehdi palataya köçürülüb, müalicəsi davam etdirilir.
Bunu “Report”a açıqlamasında onun oğlu Toğrul Mehdi məlumat verib.
Onun sözlərinə görə, Niyazi Mehdinin hazırda huşu özündədir, vəziyyəti stabildir.
Toğrul Mehdi bildirib ki, lazımi tibbi prosedurlar icra olunub:
“Atamın ayaq barmağı amputasiya edilib. Hazırda həkim nəzarəti altındadır".