• 23 °C
|

Növbəti köç karvanı Ballıcaya çatıb, mənzillərin açarları təqdim edilib – YENİLƏNİB-2

29 Aprel 2025
img

Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

“Report”un Qarabağ bürosunun məlumatına görə, Ballıcaya yeni köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.

Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (68 nəfər), ümumilikdə isə 172 ailə (811 nəfər) köçürülüb.

14:00

Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Ballıcaya bu gün yola salınan köç karvanı 15 ailədən (68 nəfər) ibarətdir.

Bununla da Xocalı rayonunun Ballıca kəndinə 172 ailənin (811 nəfər) köçürülməsi təmin edilib.

11:39

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə (68 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 172-yə (811 nəfər) çatacaq.