• 22 °C
|

Parlamentin növbəti iclasının vaxtı bilinib

8 May 2025
img

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 16-da keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasın yekununda məlumat verib.

O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.