• 17 °C
|

Samuxda Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevlə vida mərasimi keçirilib

18 Aprel 2025
img

Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevin nəşi Samux rayonunun Qovlarsan kəndində ailəsinə təhvil verilib.

“Report”un Qərb bürosunun məlumatına görə, kənddə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Münasib Namaz Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-cü il iyulun 19-da Ağdərə rayonunun Həsənriz (Aterk) kəndi istiqamətində tkin düşüb.

M.Mehdiyev Qovlarsan kənd qəbiristanlığında dəfn olunacaq.