• 29 °C
|

Süni zəkanın inkişafı ona cavab vermək ehtiyacı yaradıb – RƏY

22 İyul 2025
img

Süni zəkanın inkşaf etməsi ilə son ildə dünyanın bütün regionlarında mahiyyətindən asılı olmayaraq aparılan bütün ideoloji müharibələrinin mədəniyyətinin dəyişməsi izlənilir. Bu isə ölkələrdə həmin yeni və yad müharibə növünü öyrənmək, mahiyyətini anlamaq və ona cavab vermək ehtiyacı yaradıb.

Bu sözləri "Report"a açıqlamasında Mətbut Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, bu yeni müharibə növü fərdin düşüncə və hərəkət tərzinə təsir etməklə ölkələrin demokratik təsisatları, milli təhlükəsizliyi və ictimai-siyasi sabitliyini pozan məkrli bir formada aparılır:

"Süni intellektin gətirdiyi bir çox ciddi risklər var və onlardan ən çox izlənilən tendensiyaları sadalamaq olar.
Hər hansı bir məlumatı oxumadan, təhlil və müqayisə etmədən hər şeyi çat cp -dən öyrənən və ordan əldə etdikləri məlumatları mütləq doğru hesab edən, onu müdafiə edən geniş kütlə yaranıb.

Bunun özü uzunmüddətli hesabda gələcək nəsillərin intellektual potensialını zəiflədəcək bir tendensiyadır.

Gələcək nəsillərin intellektual imkanlarını zəiflədilməsi faktı özlüyündə koqnitiv təhlükəsizlik üçüm böyük riskdir. Geniş və yanlış məlumatların yoxlanılmadan geniş kütlələrə çatması informasiya suverenliyi və münaqişələrə təsir baxımından ciddi narahatlıqlar doğurur".

Y. Hacıyeva vurğulayıb ki, süni zəka vasitəsi ilə gənc nəsllərin düşüncə tərzinə, dəyərlərinə təsir edən, milli dəyərlərdən kənarlaşan alqoritmlər tətbiq olunur:

"Fundamental təhsil və ənənəvi mədəni təsəvvürlərin sıradan çıxarılması ilə İdeoloji formatlaşdırma təşviq edilir.

Qərəzli idrak strukturunu inkşaf etdirən alqoritmlərlə gənclərin tənqidi düşüncə qabiliyyətini tədricən kütləşdirən və ehtiyac yarandıqda istifadə olunacaq radikal kritik kütlə formalaşması gedir.

Süni intellektin yaratdığı məzmunun köməyi ilə lokal xalqların mədəni, əxlaqi və fəlsəfi normalarını tədricən yenidən yazılması, sosial dəyərləri mübahisələndirilməsi gedir.

Nəticədə süni zəka sosial, ictimai siyasi monolotliyi məhv etmək üçün bir vasitə kimi tətbiq olunur.

Bütün bunlar nəticəsi kimi ölkə daxilində siyasi sabitliyi zəifləməsi nəticəsində, ölkənin geosiyasi müqavimətin sındırılması üçün cəmiyyətlərdə daxili gərginliyi gücləndirilir".