• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 112

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119
|

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olunub

23 Yanvar 2025
img

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olunub.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Nizamnaməyə aşağıdakı dəyişikliklər edilib:

– idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etmək;

– tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq;

– müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq.