• 31 °C
|

Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

13 Avqust 2026
img

Tovuzda selin gəlməsi nəticəsində çayda qalan iki nəfər xilas edilib.

APA-nın yerli bürosunun məlumatına Zəyəm çayının rayonun Şamlıq kəndi ərazisində keçən hissəsində yağış nəticəsində güclü sel gəlib.

Nəticədə çayın ortasında olan iki nəfər şəxs kənara çıxa bilməyib.Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınnsöndürən xilasediciləri cəlb edilib.Çayın ortasında köməksiz vəziyyətdə qalanlar 1971-ci il təvəllüdlü Y.Humbətov və 1984-cü il təvəllüdlü S.İbrahimov xilasediciləri tərəfindən sudan kənara çıxarılıb.Hər iki şəxs adiyyəti üzrə təhvil verilib.Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.Qeyd edək ki, bu gün yağan yağışdan sona Zəyəm çayına güclü sel gəlib.