14 Fev 2026

Ucarda zəncirvari yol qəzası olub, xəsarət alan var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, minik, yük və mikroavtobudun iştirakı ilə baş verən qəzada 6 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.