• 22 °C
|

Zavod direktoru: “Kartaş Kimya”da yaxın müddətdə işçilərin sayı 200 nəfərə çatdırılacaq

1 May 2025
img

"Kartaş Kimya"da yaxın müddətdə işçilərin sayı 200 nəfərə çatdırılacaq.

"Report" xəbər verir ki, bunu “Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbak Sumqayıt Kimya Sənaye Parkına Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəssisənin işçi heyətinin və istehsal gücünün artırılması nəzərdə tutulub:

"Müəssisənin ümumi investisiya dəyəri 25 milyon manat təşkil edir. Burada 9,1 min kvadratmetr ümumi tikinti sahəsində yeddi istehsal xətti fəaliyyət göstərəcək. İstehsal sahəsinə quru qarışıqlar, beton əlavələri və su izolyasiya materialları daxildir.

Poliüretan və poliüre əsaslı su izolyasiya məhsulları, eləcə də epoksid əsaslı döşəmə örtükləri burada istehsal ediləcək. Əvvəllər istehsal etdiyimiz quru qarışıqların istehsalı da bu müəssisəyə keçiriləcək. Yaxın vaxtlarda müəssisədə işçilərin sayı 200 nəfərə çatdırılacaq".