
Bakı Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan yeganə qapı və liman kimi böyük inkişaf potensialına malikdir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei deyib.
Onun sözlərinə görə, Lyanyunqan limanı ilə Bakı Limanı arasında 2018-ci ilin ortalarından etibarən sıx tərəfdaşlıq əlaqələri qurulub.
“2024-cü ildə biz Transxəzər daşımaları haqqında çərçivə sazişi imzaladıq. 2025-ci ildə isə əməkdaşlığı daha da dərinləşdirərək ətraflı danışıqlar apardıq”, – Jiang Vei bildirib.
O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə əməkdaşlığa böyük əhəmiyyət verilir.
“Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşdüm və müvafiq məsələləri ətraflı müzakirə etdik”, – Çin rəsmisi əlavə edib.