• 24 °C
|

ABŞ-də iki yanğınsöndürən silahlı şəxsin pusqusuna düşərək həlak olub

30 İyun 2025
img

ABŞ-nin Aydaxo ştatında Ker-d Alen şəhəri yaxınlığındakı Kanfild dağında meşə yanğını ilə mübarizə aparan iki yanğınsöndürən onları hədəf alan atışma nəticəsində həlak olublar.

"Report"un məlumatına görə, bu barədə yerli televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında dairənin şerifi Robert Norris bildirib.

"Hazırda iki ölüm faktı barədə məlumatımız var. Zərərçəkənlərin sayı məlum deyil", – o deyib.

Şerif əlavə edib ki, hadisə yerində həm yerli, həm də federal qurumlar işləyir. "Biz atəş açmağa davam edən şübhəli şəxsi zərərsizləşdirməyə hazırıq. Əgər buna nail olmasaq, onun tutulması əməliyyatı bir neçə gün çəkə bilər", – o deyib.

Kutenay dairəsi şerifinin leytenantı Ceff Hovard “ABC News”a bildirib ki, hüquq-mühafizə orqanları yanğının xilasediciləri hadisə yerinə cəlb etmək üçün qəsdən törədilə biləcəyini araşdırır.

Hazırda polis helikopteri hücumçunu meşə zolağında tapmaq üçün ərazidə müşahidə aparır, hüquq-mühafizə orqanları isə onun tək hərəkət edib-etmədiyinə və ya bir neçə nəfərin atəş açmasına əmin deyillər.