• 14 °C
|

ABŞ lideri Zelenskiyə xəbərdarlıq edib, İranı isə sanksiya ilə hədələyib

31 Mart 2025
img

ABŞ prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski ABŞ və Ukrayna arasında nadir torpaq mineralları sazişindən çıxmağa çalışır.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

“O, nadir torpaq müqaviləsindən uzaqlaşmağa çalışır. Bunu etsə, bəzi problemləri olacaq. Böyük, böyük problemləri”, – deyə Tramp bildirib.

Amerika lideri İranla bağlı da danışıb: “Yaxın vaxtlarda İrana qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul etməyə hazırlaşıram”.

Bundan əvvəl Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib.