• 12 °C
|

ABŞ polad və alüminium idxalına rüsumları ikiqat artırır

31 May 2025
img

ABŞ administrasiyası polad idxalına tətbiq edilən rüsumları 25%-dən 50%-ə qaldırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz rüsumları 25% artırmağa hazırlaşırıq. Amerika Birləşmiş Ştatlarına polad idxalına tarifləri 25%-dən 50%-ə qaldıracağıq. Bu, ABŞ-nin polad sənayesini daha da qoruyacaq”, – Tramp əlavə edib.

Daha sonra Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat verib ki, iyunun 4-dən ABŞ-ın polad və alüminium idxalına 50% artırılmış rüsumlar qüvvəyə minəcək.