• 14 °C
|

Antonio Koşta: Rusiyanın Ukraynada müharibəsi Avropada sülh nizamını pozub

16 May 2025
img

Rusiya Ukraynada müharibəyə başlayaraq Avropada mövcud olan sülh nizamını pozub.

“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bəyan edib.

"İkinci Dünya Müharibəsindən sonra biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, ticarətin və əməkdaşlığın genişləndirilməsinə əsaslanan yeni dünya nizamı qurduq. Bu beynəlxalq nizam mükəmməl deyildi, lakin o, xüsusilə Avropada sülh və artan rifah üçün möhkəm təməl təmin edirdi. Bu gün bu nizam hərtərəfli pozulur", – o bildirib.