25 İyn 2025
BRİCS-ə üzv ölkələr Yaxın Şərqdə nüvə və hər hansı digər kütləvi qırğın silahlarından azad zona yaradılmasının vacibliyini vurğulayırlar.
"Report"un xəbərinə görə, bu barədə BRICS-ə sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatında deyilir.
“Biz beynəlxalq qətnamələrə uyğun olaraq Yaxın Şərqdə nüvə silahı və digər kütləvi qırğın silahlarından azad zona yaradılmasının zəruriliyini bir daha təsdiq edirik”, – sənəddə deyilir.