Cənubi Afrika Respublikasının (CAR) Şərqi Keyp əyalətində güclü daşqınlar nəticəsində 7 nəfər ölüb, 13 nəfər itkin düşüb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın bəyanatında deyilir.
Məlumata görə, məktəbliləri daşıyan mikroavtobus su axını ilə yuyulub, axtarış-xilasetmə işləri davam edir.
“Bu itkilər bir çox icmaya ciddi şəkildə təsir edən intensiv daşqın fonunda baş verib. Polis hesabatına görə, altı meyit Mtatada Dekolinya kəndi boyunca, yeddinci isə Bedlana çayı yaxınlığında Tsoloda aşkar edilib”, – bəyanatda qeyd olunur.
Mənbənin məlumatına görə, regionda soyuq, güclü yağışlar və daşqınlar müşahidə olunur ki, bu da yol infrastrukturunun əhəmiyyətli dərəcədə zədələnməsinə, sakinlərin yerdəyişməsinə və əsas qurumların işinin pozulmasına səbəb olub.