• 27 °C
|

Çində daşqınlar nəticəsində ölən turistlərin sayı 12 nəfərə çatıb

22 Avqust 2025
img

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində ölən turistlərin sayı 12 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, axtarış əməliyyatları zamanı hakimiyyət orqanları 1 600-dən çox xilasedicini səfərbər edib. Cümə günü səhər saatlarında turistlərin sonuncunun meyiti tapılıb.