Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü Liza Kuk istefa verməkdən imtina edib.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın onu işdən çıxarmaq səlahiyyəti yoxdur.
"Prezident Tramp məni işdən çıxarıb, halbuki heç bir qanuni səbəb yoxdur və onun bunu etmək səlahiyyəti yoxdur. Mən istefa verməyəcəyəm. 2022-ci ildən bəri etdiyim kimi, ABŞ iqtisadiyyatına kömək etmək üçün vəzifələrimi yerinə yetirməyə davam edəcəyəm", – L.Kuk bildirib.
ABŞ-nin əvvəlki prezidenti Cozef Bayden tərəfindən təyin edilmiş Kuk, müdafiəsi üçün tanınmış vəkil Ebbe Louelli tutub. E.Louell yaydığı bəyanatda Kukun qanunsuz şəkildə işdən çıxarılması cəhdinin qarşısını almaq üçün "bütün zəruri tədbirlərin" görüləcəyi bildirilib.
"Prezident Tramp yenidən sosial şəbəkələrə müraciət edərək növbəti dəfə "tvitlə işdən çıxarmağa" çalışıb və yenə də onun gözqorxutma instinkti səhvdir, tələbləri nə prosedur, nə də hüquqi əsasa malikdir", – CNBC E.Louellin bəyanatını sitat gətirir.
ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.
"Report"un məlumatına görə, Tramp müvafiq fərmanın mətnini “Truth Social”da paylaşıb.
"Kuk ipoteka müqaviləsi bağlayarkən Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirib. İiki həftə sonra o, oxşar sənədləri doldurarkən Corciya ştatındakı başqa bir əmlakı əsas yaşayış yeri kimi göstərib", – deyə Tramp qeyd edib.
"İkinci öhdəliyi üzərinizə götürdüyünüz anda birinci haqqında məlumatlı olmamağınız ağlasığmazdır", – deyə Tramp göstərib. O həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri potensial cinayət məsuliyyətinə səbəb ola bilər.