• 24 °C
|

FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır

26 İyun 2025
img

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin İrana endirdiyi zərbənin nəticələri ilə bağlı məxfi məlumatları mətbuata sızdıran şəxsi axtarır.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

“Bu çox məxfi məlumatdır. Mediaya sızdırılmamalıdır. Təəssüf ki, kimsə onu qeyri-qanuni şəkildə sızdırmağa qərar verdi və indi bu şəxs FTB tərəfindən araşdırılır”, – o bildirib.

Çərşənbə axşamı ölkə mediası xəbər verib ki, ABŞ-nin İranın üç nüvə obyektinə zərbələr endirməsi Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib və kəşfiyyatın ilkin hesablamalarına görə, onun inkişafını cəmi bir neçə ay geriyə salıb.