• 25 °C
|

HƏMAS 10 israilli girovu azad edəcək

9 İyul 2025
img

HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib.

"Report"un məlumatına görə, bu, HIMAS-ın teleqram kanalında dərc edilmiş rəsmi bəyanatdan irəli gəlir.

"HƏMAS danışıqların uğurla nəticələnməsinə çalışır və bu səbəbdən 10 girovun azad edilməsinə razılaşıb. Lakin bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir", – məlumatda deyilir.